Mehdi Fəyyazov haqqında

Fəyyazov Mehdi Afiq oğlu 27 sentyabr, 2000-ci ildə Azərbaycanın Masallı Rayonunun Qasımlı kəndində anadan olub. Qədim səlcuqlulardan gələn və əslən Xorasan Türklərindən olan Yerəhmədli nəslindəndir. 2001-ci ildə valideynləri ilə birlikdə Rusiyanın Murmansk şəhərinə gedib. 15 sentyabr, 2006-cı ildə Hakim Həsənov adına Qasımlı kənd orta məktəbinin 1-ci sinifinə daxil olub. 9-10 yaşında olarkən Qasımlı kənd məscidində Cahangirov Xəyal Namiq oğlundan Quran dərsi alıb. İbtidai sinifi Masallı rayonu Qasımlı kənd tam orta məktəbində bitirir və 2013-cü ildə Rusiyaya qayıdır. Hazırda Rusiyanın Biysk şəhərində yaşayır. Tərəzi bürcündəndir. Arzusu gələcəkdə Kino Aktyoru olmaqdır.

Veb saytı: mehdifeyyazov.jimdo.com

Bildiyi dillər

Mehdi Fəyyazovun bildiyi dillər: Azərbaycan dilində Mükəmməl danışır, Türk və Rus dilini normal bilir. İngilis dilini az bilir. Ərəbcə başa düşməsə də oxuya bilir.

Mehdi Fəyyazovun təhsili haqda

Fəyyazov Mehdi Afiq oğlu 15 sentyabr, 2006-cı ildə Hakim Həsənov adına Qasımlı kənd orta məktəbinin 1-ci sinifinə daxil olub. Sevdiyi fənlər

 

Azərbaycan dili və ədəbiyyat olub. Azərbaycan

 

dili və ədəbiyyatı 

 

yaxşı oxuduğuna görə, hər zaman müəllimləri

 

tərəfindən sevilib.

 

İbtidai sinifi bitirdikdən sonra, Rusiyaya gedir. Hazırda Rusiyanın Biysk şəhərində təhsil alır.

 

Mehdi Fəyyazovun babası

Fərəcov Fəyyaz Qasım oğlu haqda

Mükafatları

Fərəcov Fəyyaz Qasım oğlu 1921-ci ildə Azərbaycan SSR, Lənkəran qəzasının (indiki Masallı rayonu) Qasımlı kəndində anadan olumuşdur. Qədim səlcuqlulardan gələn və əslən Xorasan Türklərindən olan Yerəhmədli nəslindən idi. Dini bilikləri səbəbindən doğulduğu kəndin seçilmiş şəxslərindən idi.

O, 1941-ci ildə Masallı rayonu Hərbi Komissarlığı tərəfindən sovet ordu sıralarına çağırılaraq Rostov vilayəti Proxladnaya şəhərində yerləşən hərbi hissələrin birində xidmət etmişdir. II Dünya müharibəsinin ilk illərində (təxminən 1942-ci ildə) cəbhədə olarkən İzyum şəhərində (Xarkov ətrafı) gedən döyüşlərdə mühasirəyə düşərək alman ordusu tərəfindən əsir götürülmüşdür. Əsirlikdə olarkən Stalino və Ştrans şəhərlərindəki hərbi əsir düşərgələrində saxlanılmış, orada 4-5 ay qaldıqdan sonra İtaliyaya göndərilmişdir. Krımda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş və başından yaralanmışdır. 10 nömrəli SSRİ fərmanına əsasən, 19 noyabr 1944-cü ildə İngilis komandanlığı tərəfindən 2909 nömrəli SSRİ eşelona (cəbhə dərinliyində mövqe tutan və bu qaydada yeriyən qoşun hissəsinə) çatdırılmışdır. 21 noyabr, 1944-cü ildə 12 nömrəli fərmana əsasən, Uzaq Şərq mədənlərində işləməyə göndərilmişdir. O, 1947-ci ilin aprel ayınadək mədəndə işləmişdir.

Daha sonra öz doğma kəndinə qayıdır və digər mollalarla yanaşı məsciddə quran dərsi verməyə başlayır. Öz bilik və bacarığını gələcək nəsilə öyrədir. Azərbaycan, rus və ərəb dillərini bilib.

SSRİ Müdafiə Nazirliyi tərəfindən 6 aprel 1985-ci ildə II dərəcəli Böyük Vətən müharibəsi Ordeninə layiq görülüb.

 

16 mart 1997-ci ildə Azərbaycan Respublikası Dövlət əmlak komitəsinin Masallı rayon şöbəsi tərəfindən, Fərəcov Fəyyaz Qasım oğluna özəlləşdirmə payı verilib. Uzun sürən xəstəlikdən sonra 19 may 1998-ci ildə Azərbaycan Respublikası, Masallı rayonu, Qasımlı kəndində vəfat edib. Qasımlı kənd qəbiristanlığında torpağa tapşırılıb. Allah rəhmət eləsin!

 

 

"Masallıdan qələbəyədək" kitabında

Babası: Qacarlı Fərəc Məhəmməd oğlu 1813-cü ildə Lənkəran qəzasının (indiki Masallı rayonu), Qasımlı kəndində anadan olmuşdur. Lənkəran qəzasının ərazi soy kitabında yazılan məlumatlara görə, 1845-1864-cü illərdə Qasımlı kəndindən olan, ərazi Qazisi Qulam səfəvinin köməkçisi olub. Qulam Səfəvi ilə birlikdə 6 il İraqın Nəcəf şəhərində oxuyublar. Onunla bərabər 4 nəfər də gedib. Dindar və bilikli şəxs olub. Türk (Azərbaycan türkcəsi), ərəb və fars dillərini bilib. Babası Qacarlı Yarəhməd Nəbi oğlu, nəvələri: Fərəcov Abuş (Abdul) Gəncəli oğlu (1909-1943), Fərəcov Fəyyaz Qasım oğlu (1921-1998), Fərəcov Sahib Mürsəl oğlu (1923-1944) və başqaları olmuşdur.

 

O 1894-cü ildə Lənkəran qəzasının Qasımlı kəndində vəfat edib. Allah rəhmət eləsin! (Lənkəran qəzasının ərazi soy kitabı. 1905. 1326 səhifə.)

 

Atası: Məmmədov Qasım Fərəc oğlu

Anası: Xeyrənsə

Uşaqları: Fərzulla, Sünbülə, Sarə, Lalə və Afiq 

Nəvələri: Muradov Bəhlul, Fəyyazov Mehdi və Fəyyazov Sadiq

Note: Please fill out the fields marked with an asterisk.

Diqqət: Gərəkli sahələr * ilə işarələnmişdir.

 

Примечание: Обязательные к заполнению поля помечены *.

 

Mehdi Fəyyazovun e-mail ünvanı: Mehdicom898@gmail.com